Dekabrın 21-də saat 3 radələrində Ağdam rayonu Təzəkənd qəsəbəsində 1985-ci il təvəllüdlü Tünzalə İbadovanın kəsici-deşici alətlərlə qəsdən öldürülməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Sitat.info-ya DİN-in mətbuat xidmətindən bildirilib.
Cinayət əməlini qısqanclıq zəminində törətməkdə qadının həyat yoldaşı, 1974-cü il təvəllüdlü Sahib İbadov şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.