Ukrayna prezidenti Vladimir Zelenski danışıqlar aparmaq üçün ABŞ-a getdiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Zelenski "Twitter" hesabındakı paylaşımında bu sözləri qeyd edib:
"Ukraynanın sabitliyini və müdafiə qabiliyyətini gücləndirmək üçün ABŞ-a getdim. Biz Ukrayna ilə ABŞ arasında əməkdaşlığı prezident Co Baydenlə müzakirə edəcəyik. Konqresdə də çıxış edəcəyəm və bir sıra ikitərəfli görüşlər keçirəcəyəm".
Zelenski Rusiyanın Ukraynada müharibəyə başladığı 24 fevraldan bəri ilk xarici səfərini edir.
Nərgiz,
Sitat.info