“Atamla bağlı danışmaq istəmirəm” - Rza Talıbov

15:25 21 Dekabr 2022

“Atamla bağlı heç bir şey danışmaq istəmirəm. Mən Bakıda yaşayıram və öz işimlə məşğulam”. 

“Sitat.info” xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında Dövlət Miqrasiya Xidmətinin  baş idarə rəisi Rza Talıbov bu gün Naxçıvan Ali Məclisinin sədri postundan istefa verən atası Vasif Talıbovun haqda danışarkən deyib.

Zamex.az - Sizin sürətli və ucuz karqonuz....

Rza Talıbov istefasından sonra atası ilə əlaqə saxlamadığını da deyib: “Hazırda danışmamışam. Heç bir məlumatım yoxdur”.

“Atanızın uzun illər tutduğu postdan getməsini necə qarşıladınız” sualına isə Rza Talıbov “hər kəsin öz işi var”, - deyərək əlavə şərh verməkdən imtina edib.

 



Xəbər xətti