Ermənistan Rusiyanı rəsmi şəkildə pislədi

15:43 21 Dekabr 2022

Rusiya ya edə bilmir, ya etmək istəmir, ya da edə bilmir və etmək istəmir.

Sitat.info xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiyanın BMT-dəki nümayəndəsinin brifinq çıxışını şərh edərkən deyib.

“Müttəfiq tərəfdən bəyanat daha məqsədyönlü səslənə bilərdi, necə ki Ermənistanla ümumiyyətlə sıx əlaqələri olmayan ölkələr bunu edib”, - Simonyan azərbaycanlı ekoloji fəalların Qarabağda dinc aksiyası və Laçın yolunun rus sülhməramlıları tərəfindən bağlanması barədə danışarkən bildirib.



Xəbər xətti