Taylandın Buriram əyalətində mərasimi zamanı dəhşətli hadisə baş verib. Belə ki, qəzəblənən fil insanlara hücum edib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, hadisə minə yaxın insanın olduğu tədbirdə yaşanıb. Məbəddə olan fil bir qadına hücum edib, ona ağır xəsarətlər yetirib. Daha sonra yaxınlıqdakı hər kəsi tapdalamağa başlayıb. Hadisədə 10 nəfər xəsarət alıb. Məlumata görə fili uşaqlar qıcıqlandırıb. Bu hadisədən sonra məbədə heyvan gətirməmək qərara alınıb.
Səid,
Sitat.info