Hulusi Akar Ermənistana səsləndi: "Sizə uzadılan sülh əlini tutun, atəşkəsi pozmaqdan çəkinin"

17:13 21 Dekabr 2022

Xəbər verdiyimiz kimi, Türkiyə müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri general Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Xuanşer Burçuladze ilə görüşüb.

Sitat.info xəbər verir ki, Hulusi Akar Ermənistanla bağlı maraqlı açıqlamalar verib. 

O bildirib ki, üç ölkənin birgə səyi ilə biz imkan daxilində regionda sülh və sabitlik üçün səylərimizi göstəririk: "Bu sammitdə Cənubi Qafqazla bağlı  ölkələrimizə aid əməkdaşlıq məsələlərini həmkarlarımla geniş  müzakirə etdik. Sülhün bə dinc gələcəyin qurulmasından, müdafiə və təhlükəsizlik məsələlərinə qədər əməkdaşlığımız qənaətbəxş nəticələrlə davam edir.

Onu da vurğulamaq istərdim ki, Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq bütün ölkələrə nümunə olacaq səviyyədədir. Bu, regionda davamlı sülh və sabitliyə töhfə verəcək. Biz Ermənistandan ona  uzadılan sülh əlini  tut masını istəyirik. Bu həm bu dövlətin özü, həm də regionun  sabitliyi üçün vacibdir. Əgər Ermənistan atəşkəsi pozmaqdan çəkinsə və razılaşmaya əməl etsə, sülhün və sabitliyin bir hissəsinə çevrilə bilər. Ümid edirik ki, belə olacaq. Biz onlardan bunu gözləyirik".

Nərgiz,

Sitat.info



Xəbər xətti