İran ABŞ-ı ittiham etdi: "Düşmənlərimiz zərbə alacaq"

18:20 21 Dekabr 2022

İran İnqilab Keşikçiləri Ordusu  komandanı, generalı İsmayıl Kaani 3 aydan çox davam edən Məhsa Əmini aksiyalarının arxasında ABŞ-ın olduğunu iddia edib. O vurğulayıb ki, Məhsa Əmini polisdə olarkən şübhəli şəkildə dünyasını dəyişib.
Sitat.info “Tasnim Xəbər”in  agentinə istinadən xəbər verir ki, general  Yəməndə  həyatını itirən Həsən Eyrlünün  ildönümünü  üçün təşkil edilən tədbirdə çıxış edib.

Kaani ABŞ-ı küçə nümayişlərinə görə məsul tutaraq bu sözləri deyib: "Bu bir neçə gündə ABŞ ağlını itirmiş  gəncləri küçələrə sürüklədi və meydanda bizimlə üz-üzə gəlib məğlub oldu"

ABŞ və İsrailin təzyiqlərinin qarşılıqsız qalmayacağını bildirən general Səudiyyəni qınamayıb: "Səudiyyə Ərəbistanı ABŞ-ın istismar etdiyi və zibilliyə çevirdiyi bir yerdir. Onu düşmən hesab etməyə ehtiyac yoxdur. Bütün düşmənlərimiz zərbə alacaq".

Seymur,

Sitat.info



Xəbər xətti