Ukraynadan çıxan azərbaycanlıların sayı açıqlandı

15:15 2 Mart 2022

“Ukraynada müharibə başlayandan orada yaşayan azərbaycanlıların Moldovaya, Polşaya, Slovakiyaya, Rumıniyaya, Macarıstana keçidi üçün şərait yaradılıb”.

SİTAT.İNFO-nun məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, 4 minə yaxın azərbaycanlı sərhədi keçib:

“Hazırda hərbi əməliyyatların davam etdiyi ərazilərdən azərbaycanlıların təxliyəsi əsas məsələdir. Bununla bağlı dipolamatik nümayəndəlik, fəxri konsullarımız Ukrayna höküməti ilə əlaqə saxlayıb. Ən təhlükəsiz nəqliyyat növündən istifadə edərək soydaşlarımızın təxliyəsi həyata keçirilir”.



Xəbər xətti