Rusiya Ermənistanla sülhməramlılarının Qarabağdakı fəaliyyətini müzakirə edəcək.
Sitat.info Tass agentliyinə istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Paşinyanın sülhməramlılarla bağlı tənqidlərinə cavab olaraq bildirib.
O vurğulayıb ki, Rusiya sülhməramlıları çalışdıqları ərazilərdə asayişi təmin etmək hər şeyi edir.
Xatırladaq ki, Nikol Paşinyan Rusiyanı Laçın dəhlizində üzərinə düşən öhdəliyi yerinə yetirməməkdə ittiham etmişdi.
Buna cavab verən Peskov isə Rusiyanın razılaşmalara uyğun hərəkət etdiyini deyib.
“Rusiya Ermənistanla sülhməramlıların Qarabağdakı fəaliyyətini müzakirə etməyə davam edəcək”- Peskov qeyd edib.
Nərgiz,
Sitat.info