Xərçəng xəstəsi olan əfsanəvi futbolçunun vəziyyəti getdikcə pisləşir

15:10 22 Dekabr 2022

Braziliyalı keçmiş futbolçu, xərçəng xəstəliyindən müalicə alan  82 yaşlı futbol əfsanəsi Pelenin xəstəliyi bir qədər də irəliləyib. Futbol cameəsinə görə bütün zamanların ən yaxşı futbolçularından biri  olan və üç dəfə dünya kubokunu qazanan Pele üç həftədən artıqdır ki, xəstəxanada müalicə olunur.

Sitat.info xəbər verir ki, bu barədə onun qızı sosial şəbəkədəki paylaşımında atasının Milad bayramını xəstəxanada keçirəcəyini bildirib.

 Albert Eynşteyn Xəstəxanası Pelenin xərçənginin irəlilədiyini və böyrək və ürək xəstəlikləri səbəbiylə daha çox qayğıya ehtiyacı olduğunu açıqlayıb. 2021-ci ilin sentyabrında yoğun bağırsağında şiş olan Pele o vaxtdan bəri müntəzəm müalicə alır. Pelenin qızı Kely Nascimento İnstaqram səhifəsində bu il Milad bayramında evdə olmayacaqlarını yazıb: "Həkimlərlə apardığımız qiymətləndirmədən sonra burada qalmağın daha yaxşı olacağına qərar verdik."

Seymur,

Sitat.info



Xəbər xətti