Erməni əsilli iş adamı Ruben Vardanyan Rusiya vətəndaşlığından çıxarılıb.
Sitat.info TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Vladimir Putin sərəncam imzalayıb.
Xatırladaq ki, Ruben Vardanyan Xankəndidə, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində hazırda mövcud olan erməni terrorçularına rəhbərlik edənlərdən biridir. Onun Qarabağdakı mövcudluğu və atdığı təxribatçı addımlar həm Azərbaycan hökumət dairələri, həm də ölkə ictimaiyyəti tərəfindən dəfələrlə tənqid olunub, Rusiyaya bununla bağlı xəbərdarlıq edilib.
Nərgiz,
Sitat.info