Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada döyüşən rus əsgərlərinin mövqelərinə gedib və münaqişə bölgəsindəki vəziyyəti yaxından araşdırıb.
Sitat.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, müdafiə naziri Sergey Şoyqu Ukraynada döyüşən rus əsgərlərinin yerləşdiyi mövqelərə baş çəkib.
Açıqlamada deyilir ki, nazir Şoyqu Rusiya Silahlı Qüvvələrinin xüsusi hərbi sahədəki qoşunlarını yoxlayıb. O, hərbi hissələrin müvəqqəti yerləşdirildiyi məntəqələrdə şəxsi heyətin və texnikanın vəziyyətini araşdırıb. Şoyqunun cəbhədəki əsgərlərin yemək və sığınacaq sahələrinə də nəzarət etdiyi və hərbi əməliyyatda əsgərlərə göstərdikləri performansa görə təşəkkür edib.
Paylaşılan görüntülərdə Şoyqunun vertolyotla havadan rus mövqelərini tədqiq etdiyi, daha sonra cəbhə xəttinə gedərək komanda mərkəzi və digər əraziləri araşdırdığı görülüb.
Nərgiz,
Sitat.info