Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub. Danışıq zamanı tərəflər Suriyada terrorla mübarizə istiqamətdə qətiyyətli addımlar atacaqlarını və fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıblar.
Sİtat.info xəbər verir ki, bu barədə CNNtürk məlumat yayıb.
Qeyd olunub ki, eyni zamanda iki ölkənin XİN başçıları Ukraynada baş verən son hadisələr, xüsusilə taxıl sazişinin icrası, NATO-nun genişlənməsi, “F-16”ların tədarükü prosesi və sair mövzuları masaya yatırıblar.
Səid İsaoğlu,
Sitat.info