ABŞ Senatından gözlənilən qərar - Rus biznesmenlərinin dondurulan aktivləri Kiyevə veriləcək

23:01 22 Dekabr 2022

Bu məsələ uzun müddətdir müzakirə olunurdu. Ukraynanın Rusiya işğalı nəticəsində dağıdılan əraziləri Rusiya dövlətinin və rus iş adamlarının xaricdə dondurulan aktivləri hesabına bərpa ediləcək.

Məhz bu məsələdən dolayı, ABŞ Senatı rusiyalı iş adamlarının dondurulmuş aktivlərinin Kiyevə verilməsini təsdiq edib.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Senat bununla bağlı  büdcə layihəsinə düzəliş edib.

Senatın təsdiqlədiyi düzəlişə əsasən, Rusiya oliqarxlarının aktivlərinin müsadirə edilməsinə və satışına, Ukraynaya humanitar, o cümlədən hərbi yardım üçün Ukraynaya verilməsinə icazə verilib. 

Seymur,

Sitat.info



Xəbər xətti