Rusiya prezidenti Vladimir Putin Ukraynadakı münaqişədən danışarkən ilk dəfə Moskvanın işlətdiyi “xüsusi hərbi əməliyyat” ifadəsi əvəzinə “müharibə” sözünü işlədib.
Sitat.info xəbər verir ki, CNN İnternational-a danışan ABŞ rəsmisi deyib ki, Putinin “müharibə” sözünü işlətməsi yəqin ki, qəsdən olmayıb, ancaq dil sürüşməsi ola bilər.
Rusiya Dövlət Şurasının iclasında iştirak edən Rusiya prezidenti Vladimir Putin iclasdan sonra mətbuat konfransı keçirib.
Putin Ukraynanın işğalı üçün Kremlin “xüsusi hərbi əməliyyat” ifadəsi əvəzinə “müharibə” sözünü işlədib. - Rusiya liderinin müharibə sözünü işlətməsi ilk dəfədir. Moskvada açıqlamalar verən Putin, ABŞ-ın Ukraynaya göndərəcəyi Patriot hava hücumundan müdafiə sistemlərinin müharibənin uzanmasına gətirib çıxaracağını ifadə edərək, “Məqsədimiz hərbi münaqişənin təkərini döndərmək deyil, bu müharibəni sona çatdırmaqdır” -deyib.
Qeyd edək ki, mart ayından etibarən Rusiyada Ukraynanın işğalı üçün işğal və ya müharibə kimi sözlərdən istifadə etmək qadağan edilib. Əvəzində “xüsusi hərbi əməliyyat” ifadəsi işlədilir.
Rusiyanın Ukraynada hərbi əməliyyat keçirməsinin səbəblərindən danışan Putin buna məcbur qaldıqlarını deyib.
"Biz səbirli idik, ümid edirdik ki, bəzi sülh razılaşmaları olacaq, indi məlum olur ki, onlar bizimlə oynayıblar. Baş verənlərin hamısı, hər şey xüsusi ordu ilə bağlıdır. Əməliyyat tamamilə zəruridir. Vurğulamalıyam ki, bu, ehtiyat tədbiridir. Ölkəmizin suverenliyini və maraqlarını qoruduğuna görə ordumuzun əsgər və zabitlərinə minnətdar olmalıyıq".
Seymur,
Sitat.info