Bu təyinat Naxçıvan iqtisadiyyatının liberallaşmasına imkan yaradacaq - Vüqar Bayramov

15:56 23 Dekabr 2022

"Bu gün Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi muxtar respublikanın ictimaiyyətinə təqdim edilib. Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin təyin edilməsi struktur islahatlarının davamı kimi qiymətləndirilməlidir".

Bu sözləri Sitat.info-ya açıqlamasında prezidentin son addımını dəyərləndirən iqtisadçı alim, deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, daha öncə, işğaldan azad olunan ərazilərimizdə də xüsusi nümayəndəliklər formalaşdırılıb: "Xüsusi nümayəndəliklərin formalaşdırılması iqtisadi rayonlar üzrə idarəetmədə yeni yanaşmadır. Bu eyni zamanda qərarların qəbulunun çevikliyinin artırılması, şəffaflığın və hesabatlılğın gücləndirilməsi baxımdan da vacibdir".

Zamex.az - Sizin sürətli və ucuz karqonuz....

V.Bayramov vurğuladı ki, Naxçıvanın dövlət büdcəsindən asılılığı kifayət qədər ciddidir: "Naxçıvan Muxar Respublikasının büdcəsinin gələn il üçün gəlirləri 635,3 milyon manat proqnozlaşdırılsa da bunun 449.8 milyon manatını dövlət büdcəsindən ayrılan dotasiya təşkil edəcək. Naxçıvanın öz gəlirləri isə 185,5 milyon manat olacaq. Göründüyü kimi, Naxçıvanın büdcəsinin 70.0 faizi dövlət büdcəsi hesabına formalaşır. Bu həm də o deməkdir ki, Naxçıvanın gəlirləri öz xərclərinin cəmi 30.0 faizini ödəyə bilir.

Bu baxımdan, yeni struktur islahatı Naxçıvan iqtisadiyyatının liberallaşmasına, sahibkarlar üçün yeni imkanların yaradılmasına və eləcə də yerli gəlirlərin çoxalmasına imkan yaradacaq. Bu isə həmçinin Naxçıvanın iqtisadi baxımdan da yeni mərhələyə qədəm qoyması deməkdir".

Nərgiz,

Sitat.info



Xəbər xətti