Fransanın paytaxtı Parisdə Əhməd Kaya Mədəniyyət Mərkəzinə silahlı hücumda 2 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdə silah səsləri eşidilib. Məlumata görə, atışma nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Bölgədən alınan məlumata görə, 69 yaşlı cinayətkar tutulub.
Zamex.az - Sizin sürətli və ucuz karqonuz....
Paris polisi əməliyyatın davam etdiyini bildirərək, ictimaiyyətdən həmin bölgədən uzaq durmağı xahiş edib.
Şahidlərin sözlərinə görə, qatil 7-8 dəfə atəş açıb və küçədə xaos hökm sürür.
Məğrur,
Sitat.info