Bu gün saat 16:10 radələrində Beyləqan rayonunda 1973-cü il təvəllüdlü Kamil Fərəzliyevin bıçaqla öldürülməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Sitat.info-ya DİN-in Mətbuat xidmətindən bildirilib.
Beyləqan RPŞ əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Rafiq Əliyev saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.