Vətəndaşlıqdan çıxarılan Vardanyan haqqında Lavrovdan ŞOK AÇIQLAMA

17:20 23 Dekabr 2022

"Ruben Vardanyanın Rusiyaya heç bir aidiyyəti yoxdur". 

Sitat.info Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

O, azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib ki, Vardanyan öz xahişi ilə vətəndaşlıqdan çıxıb.

“Vardanyanın xahişi ilə Rusiya Prezidenti onu vətəndaşlıqdan çıxarıb. Onun Qarabağa getməsinin Rusiya ilə heç bir əlaqəsi yoxdur”, - Lavrov deyib.

Nərgiz,

Sitat.info



Xəbər xətti