Vasif Talıbov 27 ildir ki, Milli Məclisin 1 saylı Şərur-Sədərək seçki dairəsindən seçilmiş deputatıdır. Bu müddət ərzində onun parlamentin iclaslarında az iştirak etdiyi müzakirə obyektinə çevrilib.
Sitat.info Teleqraf.com-a istinadla xəbər verir ki, Milli Məclisin daxili nizamnaməsinə görə, 1 il müddətində parlamentin ardıcıl 15 iclasında iştirak etməyən deputat barədə İntizam komissiyasına təqdimat verilməli və onun deputatlıq səlahiyyətlərinə xitam verilməsinə baxılmalıdır.
Zamex.az - Sizin sürətli və ucuz karqonuz....
Maraqlıdır, bu məsələ parlamentdə müzakirə olunurmu?
Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov Teleqraf.com-a bildirib ki, bu məsələ təmsil olunduğu komissiyada müzakirə oluna bilməz.
Deputat qeyd edib ki, İntizam komissiyası Milli Məclisdə və iclaslarda intizamsız hərəkət edənlərlə məşğul olur: “Bu adam Naxçıvanda Ali məclisin sədri idi. Hər vaxt gəlib-gedə bilmirdi, işləri olurdu. Buna görə də, o, bir növ icazəli şəxs idi. Bu baxımdan onun parlamentin iclaslarına gəlib-getməsinin İntizam komissiyasına aidiyyəti yoxdur. Bundan sonra nə olacaq, onu bilmirəm. Gələcək hər şeyi göstərəcək. Hələlik bu məsələ müzakirə predmeti deyil”.