Aİ nümayəndəsi Ermənistanın XİN başçısı ilə Cənubi Qafqazı müzakirə edib

13:23 24 Dekabr 2022

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı olub.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, tərəflər regiondakı vəziyyəti, o cümlədən sabitlik və təhlükəsizlik məsələlərini müzakirə ediblər.



Xəbər xətti