Ukraynalı rejissor Oleq Bobalo ölkənin Baxmut şəhərinin yaxınlığında gedən döyüşlərdə həlak olub.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı rejissorun həyat yoldaşı Anna Yaremçuk açıqlayıb.
Məlumata görə, Bobalo cəbhəyə könüllü olaraq yollanıb.
Bobalo Ukrayna Prezidenti Volodimir Zelenskinin 2002-ci ildə əsasını qoyduğu “Kvartal 95” studiyasında çalışıb.