Təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda qəza enişi edən “Qantas Airways” aviaşirkətinin Sinqapur-London reysinin sərnişinlərinin daşınması üçün “Airbus 380” Bakıya gəlib.
Aeroportun mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, bu təyyarə ilə sözügedən reysin sərnişinləri bu gün Bakıdan təyinat məntəqəsinə yola düşəcəklər.
Qeyd edək ki, dekabrın 23-də səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunda “Qantas Airways” aviaşirkətinə məxsus təyyarənin qəza enişi etməsi səbəbindən həyəcan siqnalı elan edilib.