"Gündəlik olaraq ən çox sərnişin qəbul edən "28 May" stansiyasıdır. Ona ən yaxın stansiya isə "Koroğlu"dur".
Bunu Baku.ws-ə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, əvvəllər "28 May" stansiyası qeyd-şərtsiz rekord sayda sərnişin qəbul edirdisə, hazırda "Koroğlu" bu stansiyaya sərnişindaşıma potensialı ilə çox yaxınlaşıb.
Zamex.az - Sizin sürətli və ucuz karqonuz....
Metropoliten rəsmisi əlavə edib ki, ən az sərnişin daşıyan stansiyaların adları da məlumdur: "Bunlar "Dərnəgül", "Ulduz", "Bakmil" və bənövşəyi xəttin "Memar Əcəmi" stansiyalarıdır".