"Biz 200 il ərzində ermənilərə öz ərazilərimizdə yer verdik , hər cür qayğı göstərdik. Amma onlar bu münasibətimizi dəyərləndirmədilər. Vaxtaşırı bizə xəyanət etdilər. 1905-1906-cı illər zülmünü bağışladıq , 1918-1920-ci illər dəhşətlərini unutduq , üstündən keçdik , dilə gətirmədik. Sovet dövründə onları başımız üstündə saxladıq , hər naqisliklərinə dözdük. 1988-1994-cü illər fəlakətini, bu gün də davam edən həyasızlıqlarını artıq unuda , bağışlaya bilmərik".
Bu sözləri Sitat.info-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.
O, vurğulayıb ki, şəhidlərimizi, dinc əhaliyə olan zülmləri , qız-gəlinlərin, uşaqların başına gətirilən müsibətləri necə unuda bilərik: "Torpaqlarımız , evlərimiz , qəbirstanlıqlarımız niyə viran qalmalı idi? 1 milyon insan niyə öz yurdundan didərgin düşməli , həyatl pozulmalı idi? Biz bunları unuda bilmərik. Biz daha ermənilərlə bir yerdə qonşu olaraq yaşaya bilmərik. Onlar bu haqqı itiriblər. Azərbaycanda erməni qalmamalıdır.Bu, rasizm, irqçilik deyil. Həqiqətin, realığın dilə gətirilməsidir. Dünya bu həqiqəti bilməlidir. Bilmək istəməsələr, özləri bilsinlər, bizim üçün fərq etməz".
A. Nağı bildirdi ki, kimsə bizim ermənilərlə birgə yaşamağımıza təkid edirsə , yuxarıda qoyduğumuz sualları cavablandırsın: " O sualların cavabı yoxdur. Biz bu gün ermənilərin Azərbaycanımızı tam tərk etməsini təmin etməliyik ki , gələcək nəsillərimiz bizim yaşadığımız müsibətləti yaşamasın".
Səid İsaoğlu,
Sitat.info