MDB məkanında çağırışlar, təhlükəsizlik təhdidləri və fikir ayrılıqları artır, lakin əsas odur ki, Birlik ölkələri əməkdaşlığa hazırdır.
Sitat.info TASS-a istinadən xəbər verir ki, bu sözləri bu gün Rusiya prezidenti Vladimir Putin MDB-nin qeyri-rəsmi sammitini açarkən deyib.
"MDB ölkələri arasında əməkdaşlığın əsas istiqaməti ümumi Avrasiya regionumuzda təhlükəsizlik və sabitliyin qorunmasıdır. Təəssüf ki, bu sahədə ilk növbədə kənardan gələn çağırışlar və təhdidlər ildən-ilə artır", - Putin vurğulayıb.
"Təəssüflə etiraf etməliyik ki, Birliyə üzv dövlətlər arasında da fikir ayrılıqları yaranır. Lakin əsas odur ki, biz əməkdaşlığa hazırıq və əməkdaşlıq edəcəyik. MDB ölkələrinin liderləri hər hansı problemli məsələ ortaya çıxsa belə, onları özləri, birlikdə, birgə, yoldaşlıq və vasitəçilik yardımı göstərərək həll etməyə çalışırlar. Birlik ölkələri terrorizm və ekstremizm, transsərhəd cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və korrupsiya ilə mübarizə mövzularında qarşılıqlı fəaliyyət göstərir".
Putin qeyd edib ki, qarşıdan gələn ildə milli təhlükəsizlik və kəşfiyyat orqanları, habelə asayişin və daxili sabitliyin təmin edilməsinə cavabdeh olan digər strukturlar tərəfindən operativ əlaqələr saxlanılıb.
Nərgiz,
Sitat.info