Əli Əsədov və Samir Nuriyev Qubadlıda hərbi hissədə olub, silah-sursata baxış keçiriblər

19:00 2 Mart 2022

Baş nazir Əli Əsədov və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin başçılığı və aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri Qubadlı rayonunada Dövlət Sərhəd Xidmətinin Əlahiddə Sərhəd Diviziyasının xidməti şəraiti ilə tanış olublar.

SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki, onlar silah-sursat və texnikaya baxış keçiriblər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə martın 1-2-də Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərdə səfərdə olub.



Xəbər xətti