Martın 2-si Osmanlı ordusunun ünlü generallarından olan Qafqaz İslam Ordusunun komandanı, Bakının və ümumən Azərbaycanın xilaskarlarından biri Nuri Paşanın vəfat etdiyi gündür.
Nuri Paşa 1890-cı ildə anadan olub, 1949-cu ilin 2 martında haqqın dərgahına qovuşub. Azərbaycanda və Türkiyədə hər zaman böyük sayğı və rəhmətlə xatırlanan türk generalla bağlı Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan "Facebook"dakı rəsmi hesabında paylaşım edib.
“Bakını düşmən işğalından qurtaran, modern Türk müdafiə sənayesinin öncüllərindən Qafqaz İslam Ordusu Komutanı Nuri Kiligil Paşanı vəfatının ildönümündə rəhmətlə yad edirəm”, -deyə, paylaşımda qeyd olunub.