Qarabağdakı erməni separatçı rejimin rəhbərləri atasında ciddi fikir ayrılıqları yaranıb.
Sitat.info bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti bildirib.
Qəzetin iddiasına görə, xüsusən də separatçı rejimin "dövlət naziri" Ruben Vardanyan, separatçıların lideri Arayik Arutyunyan və “Təhlükəsizlik Şurasının katibi” Vitali Balasanyan arasında kifayət qədər gərgin münasibətlər yaranıb.
“Arayik Arutyunyanın bazar günü keçirilən mitinqdə çıxış etməməsi ciddi siqnal idi. Bizə onu da bildirdilər ki, Ruben Vardanyanla Vitali Balasanyan arasında münasibətlər kifayət qədər gərgindir. Əgər əvvəllər Vitali ruslar və azərbaycanlılarla danışıqlar aparan bir nömrəli şəxs idisə, indi o, ikinci plana çəkilib. Balasanyan hətta mitinqdə də iştirak etməyib”, - "Hraparak" yazıb.
Qeyd olunur ki, tezliklə Balasanyandan vəzifədən getməsi xahiş olunacaq. Onun yerinə Qarabağdak separatçı qüvvələrin keçmiş komandanı Levon Mnatsakanyanın gətiriləcəyi gözlənilir. "Hraparak"ın yazdığına görə, separatçıların keçmiş lideri, Qarabağ klanının liderlərindən olan Bako Saakyanın da Vardanyanın tərəfində olduğu bildirilir.