Ermənistan Rusiya və Azərbaycan xarici işlər nazirlərinin Moskvada baş tutan görüşünü boykot etməyib.
Sitat.info xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
“Ermənistan tərəfi müharibədən sonra aparılan danışıqlarda son iki ildə həmişə konstruktiv olub. Laçında böhran olduğu üçün getmədik. Laçın dəhlizinin tezliklə açılması üçün genişmiqyaslı işlərə ehtiyac var. Bu məsələ ilə bizim bütün siyasi komandamız və xarici siyasətə cavabdeh olan şəxslər məşğul olur. Biz vəziyyəti qiymətləndirdik və anladıq ki, bu, bizim hərəkətlərimizi əlaqələndirmək üçün ən yaxşı variantdır”, - Qriqoryan bildirib.
Bu addımın Ermənistanla Rusiya arasında münasibətlərdə böhran yarada biləcəyinə gəlincə, Təhlükəsizlik Şurasının katibi əmin edib ki, Ermənistan böhran yaratmaq üçün belə bir addım atmayıb.
Xatırladaq ki, dekabrın 22-də Ermənistan Xarici İşlər Nazirliyi Ararat Mirzoyanın Ermənistan, Rusiya və Azərbaycan XİN başçılarının görüşünə getməyəcəyi ilə bağlı bəyanat yayıb.Dekabrın 23-də Bayramov və Lavrov Moskvada ikitərəfli formatda görüşüb. Görüşdən sonra keçirilən mətbuat konfransında Lavrov Mirzoyanın qərarına kifayət qədər sərt qiymət verib.
Nərgiz,
Sitat.info