Laçın dəhlizi artıq 20 gündür ki, Rusiya sülhməramlı kontingentinin nəzarətində deyil, problemin həlli yollarını axtarmaq lazımdır.
Sitat.info TASS agentliyinə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Rusiya Muzeyində Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüşdə deyib.
"Hazırda ən vacib məsələ Laçın dəhlizindəki böhrandır. Bilirsiniz ki, 20 günə yaxındır ki, blokadadır", - baş nazir bildirib.
O xatırladıb ki, bu, Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət sahəsidir. “Xatırlatmaq istəyirəm ki, üçtərəfli bəyanata əsasən, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında olmalıdır. Azərbaycan Respublikası isə Laçın dəhlizi ilə sərnişinlərin, yüklərin maneəsiz keçməsinə zəmanət verib. "İndi məlum olur ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında deyil. Təbii ki, mən bu vəziyyəti müzakirə etmək istərdim, problemin həlli üçün hansı variantlar var”, - Paşinyan gileylənib.
Paşinyan həmçinin Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitini təşkil etdiyinə görə Putinə təşəkkür edib və əlavə edib ki, belə görüşlər yaxşı ənənəyə çevrilir.
Nərgiz,
Sitat.info