Fransada yanacağın qiyməti kəskin bahalaşıb

19:45 2 Mart 2022

Fransada yanacağın qiyməti kəskin bahalaşıb.

AZƏRTAC xəbər verir ki, ölkədə “Aİ-98” super markalı benzinin qiyməti 2 avronu ötüb. Ukrayna münaqişəsi ölkədə bütün yanacaq növlərinin qiymətinin son dərəcə bahalaşmasına səbəb olub. Artıq yanacaqdoldurma məntəqələrində dizelin qiyməti ölkədə ilk dəfə ən yüksək həddə - 1,60 avroya çatıb. Yük maşınlarının sürücüləri, həmçinin qazın qiymətinin 400 faiz artmasından şikayətlənirlər.

 



Xəbər xətti