ABŞ-ın böyük bir hissəsinə təsir edən qar fırtınası davam edir. Ölənlərin sayı 50 -yə yaxındır. Fırtına səbəbindən uçuşlar təxirə salınıb.
Sitat.info xəbər verir ki, qar fırtınası daha çox Buffalo şəhərinə təsir göstərib.
Qarın qalınlığı bir metri keçdiyi üçün şəhərdə nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
Amerikalılar güclü və uzunmüddətli qar yağmasından ehtiyyat etdiyi üçün bazarlarda əsas ərzaq məhsulları alınıb, bazarların rəfləri boş qalıb.
Yerli mənbələrin məlumatına görə supermarketlərdə hətta qarət hadisələri baş verib.
Qar fırtınası altında qalan Buffalo şəhərinin bəzi sakinləri Milad bayramını ocaq yandıraraq qeyd ediblər.
ABŞ-da qar fırtınası səbəbindən milyonlarla insan işıqsız qalıb. Nyu-Yorkun Erie qraflığının meneceri Mark Poloncarz verdiyi açıqlamada vu əyalətdəki evlərin və iş yerlərinin 94 faizinin işıqsız qaldığını, hələ də 12 min evdə və iş yerində elektrik enerjisinin kəsildiyini bildirib.
Gün ərzində təxminən 20 santimetr qar yağacağı bildirilir. Həyatını itirənlərin sayı isə 50-yə yaxındır.
Əhalinin 60 faizi qar fırtınasının təsiri altındadır. Kanadadakı Böyük Göllərdən Meksika sərhədindəki Rio Qrandeyə qədər uzanan dəhşətli çovğun ABŞ əhalisinin təxminən 60 faizinə mənfi təsir göstərib.
Uçuş izləmə saytı FlightAware bildirdi ki, son 4 gündə ABŞ-da 13 minə yaxın reys ləğv edilib.
Sevinc Cavadzadə,
Sitat.info