Qərb Rusiyanı mühasirəyə almaqla nüvə güclərini münaqişəyə sürükləyir" - Lavrovdan TƏHDİD

18:15 27 Dekabr 2022

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin Rusiyanı tamamilə mühasirəyə alma siyasətinin son dərəcə təhlükəli olduğunu bəyan edib. O vurğulayıb ki, bu siyasət nüvə güclərini birbaşa silahlı münaqişəyə sürükləyir 
Sitat.info xəbər verir ki, bu barədə TASS xəbər agentliyinə müsahibə verən Lavrov Ukraynadakı müharibə ilə bağlı danışıb. 

O bildirib ki, ABŞ-ın isti müharibədən həm iqtisadi, həm hərbi, həm də strateji baxımdan maksimum fayda əldə etməyə çalışır. 

Pentaqonun Ukrayna ordusunun ehtiyacları  üçün limiti götürdüyünü və bunu anti-Rusiya ittifaqının digər üzvlərindən də tələb etdiyini qeyd edən Lavrov deyib ki, ABŞ münaqişənin uzanması və zorakılığın daha da genişlənməsi üçün hər şeyi edir. 

Lavrov bildirib ki, münaqişələrin müddəti ilə bağlı top Kiyevdədir, bunun arxasında isə Vaşinqton rəhbərliyi durur: "Mənasız müqaviməti hər an dayandıra bilərlər". Rusiyanın Ukraynadan gələn təhdidləri aradan qaldırmaq, bölgəni silahsızlaşdırmaq və nasistlərdən təmizləmək tələbini irəli sürən  Lavrov, əks halda qərarın Rusiya ordusu tərəfindən veriləcəyini bildirib.

Məğrur, 

SİTAT.İNFO



Xəbər xətti