İtaliya Ukraynaya hərbi yardım edə bilər

21:11 27 Dekabr 2022

İtaliyanın Baş naziri Corca Meloni Ukrayna Prezidenti Volodimir Zelenskiyə hava hücumundan müdafiə sistemlərinin Kiyevə ötürülməsi ilə bağlı ölkədə gedən müzakirələr barədə məlumat verib.

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Zelenski açıqlama yayıb.

“İtaliya hökuməti tərəfindən yardım şəklində əlavə 10 milyon avro ayrılmasına görə təşəkkür edirik. Corca Meloni bildirib ki, Ukrayna səmasını qorumaq üçün hava hücumundan müdafiə sistemlərinin verilməsi məsələsi var. Biz həmçinin sülh formulunu müzakirə etdik”, - deyə Zelenski bildirib.



Xəbər xətti