Cənubi Koreya insan beyninə burundan daxil olan "beyin yeyən amöb" kimi tanınan "Naegleria fowleri"nin ilk ölüm hadisəsinin qeydə alındığını açıqlayıb.
Sitat.info xəbər verir ki, Cənubi Koreya palçıqlı su, göl və üzgüçülük hovuzu kimi durğun sularda yaşayan və insan beyninə burundan daxil olan "beyin yeyən amöb" kimi tanınan Naegleria fowleri-dən ilk ölənlərin sayını açıqlayıb.
Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Agentliyindən (KDCA) edilən şərhdə, "Bir müddət əvvəl xaricdən qayıdan bir serebral meningit xəstəsində Negleria fowler infeksiyasının tapıldığı ilk dəfə təsdiqləndi" ifadələri verildi. Dekabrın 10-da Cənubi Koreyaya qayıdan və dekabrın 21-də dünyasını dəyişən xəstənin baş ağrısı, qızdırma, qusma, nitq pozğunluğu kimi əlamətlər göstərmədən əvvəl 4 aydır Taylandda olduğu öyrənilib.
"Beyin yeyən amöb" kimi də tanınan Naegleria Fowleri palçıqlı su, göllər və hovuzlar kimi durğun sulardan ötürülür. Birincili amöb meningoensefalit (PAM) adlı meningitə səbəb olan Naegleria fowleri rinit, yüksək hərarət, ürəkbulanma, baş ağrısı və göz ağrısı kimi əlamətlərlə özünü göstərir. Əksər hallarda çaşqınlıq, koma və ölüm qısa müddət ərzində baş verir. Naegleria fowleri istiliksevər amöba olduğundan qlobal istiləşmə ilə bağlı hadisələrin artmasının gözlənildiyi məlumdur.
Seymur Bənnayev
Sitat.info