Rusiya prezidenti Vladimir Putin bu gün çox ciddi qərara imza atıb.
Sitat.info Rusiya mediasına istinadən xəbər verir ki, Putin Qərbin Rusiya nefti ilə bağlı tavan qiymətinə qoşulan ölkələrə neft satışını qadağan edən fərman imzalayıb.
Qeyd edək ki, Rusiya öz neftini Çin və Hindistana daha ucuz qiymətə satmaqla alternativ bazarlar təmin etməkdədir. Bu günlərdə Hindistan və Çin rəsmiləri ilə yüksək səviyyəli görüşlərdə görünür Rusiya neftinin satışı ilə bağlı ciddi qərarlar qəbul olunub ki, Putin bu cür radikal addıma imza atıb.
Nərgiz,
SİTAT.İNFO