Xarici vətəndaşlar İranı dərhal tərk etsinlər - Britaniyadan xəbərdarlıq

11:29 28 Dekabr 2022

İran hökuməti əcnəbi vətəndaşları şantaj məqsədi ilə həbs edir, onlara işgəncələr verir və onların ölkələrinə təzyiq göstərir.

Sitat.info xəbər verir ki, İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) yeddi nəfərin, o cümlədən Britaniya ilə “əlaqəli” bir neçə ikili vətəndaşın həbs olunduğunu elan etməsindən bir gün sonra, Böyük Britaniya parlamentinin İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Alisia Körns bütün qərblilərə İranı dərhal tərk etməyi tövsiyə edib.

O, habelə bəyan edib ki, İran hökuməti insanları “sevinclə” həbs etdiyini göstərir, çünki davam edən anti-hökumət etirazlarının güclənməsində günahı xarici güclərin üzərinə atmağa çalışır.

Məğrur,

Sitat.info



Xəbər xətti