310 qram çəkili uşaq doğuldu - Yaşama şansı azdır - VİDEO

12:10 28 Dekabr 2022

Türkiyədə 310 qram çəkisi olan körpə dünyaya gəlib. 

Sitat.info türk mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı qadın hamiləliyinin 23-24-cü həftəsində doğuş həyata keçirməli olub.

Onun övladı bətnindən qeysəriyyə yolu ilə alınıb. Uşaq 310 qram çəki ilə dünyaya gəlib. O, çəkisi az olduğundan dərhal küvezə yerləşdirilib. 

Körpə Türkiyədə və dünyada az çəki ilə doğulan nadir uşaqlardan biridir. Həkimlər körpənin həyatını itirmə riskinin böyük olduğunu, buna baxmayaraq ən effektli müalicə üsullarından istifadə edildiyini diqqətə çatdırıblar.

/Baku.ws



Xəbər xətti