Peskov sülh planı üçün tələb irəli sürdü: Rusiyaya yeni regionlar daxil olmalı...

17:13 28 Dekabr 2022

Rusiya Federasiyasına dörd yeni rayonun daxil olmasını nəzərə almayan Ukrayna üçün heç bir “sülh planı” mövcud ola bilməz.

Sitat.info xəbər verir ki, bu barədə  bu gün  jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
“Hələlik Ukrayna üçün heç bir “sülh planı” yoxdur, gəlin bundan başlayaq”, - Kremlin sözçüsü Ukrayna prezidenti Vladimir Zelenskinin fevral ayına qədər “sülh planı” hazırlamaq təşəbbüsünü şərh edərkən  bildirib.  

“Yenə də deyirəm, Ukrayna üçün bugünkü reallıqları nəzərə almayan heç bir “sülh planı” ola bilməz. Dörd yeni regionun Rusiyaya daxil olması nəzərə alınmalıdır.  Bunları nəzərə almayan heç bir plan yoxdur. Reallıqlara əsaslansa,  sülhsevər olduğunu iddia edə bilər” -deyə Peskov vurğulayıb. 

Məğrur, 

Sitat.info



Xəbər xətti