Azad edilmiş ərazilərdə çalışan əcnəbilərə 2 il müddətinə iş icazəsi veriləcək

20:40 28 Dekabr 2022

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə 2 il müddətində iş icazəsi veriləcək.

Bu, Prezident İlham Əliyevin Miqrasiya Məcəlləsinə dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliklə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlərlə münasibətdə iş icazəsinin müddətinin hər dəfə 2 ildən çox olmamaq şərtilə uzadılmasına imkan veriləcək.

Dəyişiklik 2023-cü ilin yanvarın 1-dən 2028-ci ilin yanvarın 1-dək qüvvədə olacaq.



Xəbər xətti