Tonayan həbsdən buraxılmadı

13:38 29 Dekabr 2022

Ermənistan məhkəməsi keçmiş müdafiə naziri David Tonoyanı həbsdən buraxmayıb. 

Sitat.info  erməni mediasına istinadən xəbər verir ki, bu barədə onun vəkili məlumat verib.

Vəkilin sözlərinə görə, keçmiş müdafiə nazirinin girov müqabilində azadlığa buraxılması ilə bağlı vəsatət qaldırılıb. Məhkəmə vəsatəti təmin etməyib, səbəbini isə onun azadlıqda olan şahidlərə təzyiq göstərəcəyi ehtimalı ilə əsaslandırıb.

Qeyd edək ki, David Tonoyan  4.6 milyon ABŞ dolları dəyərində yararsız raket almaqda təqsirli bilinir. 

Məğrur, 

Sitat.info



Xəbər xətti