Aİ Rusiyanın Ukraynaya yeni kütləvi raket hücumuna sərt reaksiya verib.
Avropa İttifaqı dekabrın 29-da Rusiyanın Ukraynaya növbəti raket hücumuna reaksiya verərək, Rusiya Federasiyasının hərbi cinayətlərinin cəzasız qalmayacağını bildirib.
Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrell Twitter-də yazıb ki, Aİ-nin Ukraynaya dəstəyi gələcəkdə heç bir güzəşt olmadan davam edəcək: "Rusiyanın Ukraynaya növbəti kütləvi raket hücumu, infrastrukturu və tibb müəssisələrini qəsdən məhv etməyə yönəldilib. Avropa İttifaqı Ukraynanı dəstəkləməyə davam edəcək".
Məğrur,
Sitat.info