Bakıda hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən şəxs tutulub.
Bu barədə Sitat.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxt sakini olan bir nəfərə hədə-qorxu gələn şəxsin ondan 1000 manat alması, sonradan yenə də pul tələb etməsi barədə polisə məlumat daxil olub.
Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Əlişan Yediyarov saxlanılıb.
Araşdırma aparılır.