Filippində güclü yağışdan sonra baş verən daşqınlarda həyatını itirənlərin sayı 44-ə yüksəlib.
Sitat.info xəbər verir ki, rəsmilərin verdiyi açıqlamada 44 nəfərin öldüyü, 12 nəfərin yaralandığı, 28 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
Filippində yağan güclü yağışın səbəb olduğu daşqınlardan ölkənin 34 əyaləti və ən azı 10 bölgəsinin zərər çəkdiyi bildirilib.
Açıqlamada 600 minə yaxım insanın daşqınlardan zərər çəkdiyi, on minlərlə insanın müvəqqəti sığınacaqlarda qaldığı paylaşılıb.
Hər il tayfun və tufan kimi orta hesabla 20 fəlakətlə üzləşən Filippin təbii fəlakətlərdən ən çox əziyyət çəkən ölkələrdən biridir.