Türkiyənin paytaxtı Ankarada Ülkü Ocaqlarının sabiq sədri, alim Sinan Ateş və dostu Selman Bozkurt silahlı hücuma məruz qalıb.
Sitat.info "Milliyet"ə istinadən xəbər verir ki, Ankaranın Çankaya bölgəsində Qızılirmak Məhəlləsində motosikletlə küçədən silahlı şəxs dostlara hücum edib.
Hadisə nəticəsində başından vurulan Sinan Ateş oradaca ölüb, Selman Bozkurt isə çiynindən yaralanıb.
Polis hadisə ilə bağlı istintaqa başlayıb.