Türkiyədə restoranda partlayış olub: 7 nəfər ölüb, 4 nəfər yaralanıb

18:32 30 Dekabr 2022

Türkiyənin Aydın əyalətinin Nazilli rayonunda restoranda qaz balonunun partlaması nəticəsində baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 4 nəfər yaralanıb.

Sitat.info Habertürk-ə istinadən xəbər verir ki, bu barədə əyalət valisi Hüseyn Aksoy məlumat verib.

Faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, qaz balonlarından birindən kəskin qoxu gəlib və müdaxilə olunarkən qoxunun artdığı hiss olunub. İnsanların bir qismi bayıra çıxarılıb. Lakin partlayış zamanı da restoranda insanlar olub ki, onlardan da 7 nəfəri həlak olub. 

Sevinc,

Sitat.info



Xəbər xətti