Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, B.Bünyadov küçəsində yerləşən obyektdə (restoran kimi fəaliyyət göstərir) yanğın olması barədə ilkin məlumat daxil olub.
“Sitat.info” FHN-nə istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.