İlin ən yaxşı komandasının adı açıqlandı

11:35 31 Dekabr 2022

Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) 2022-ci ilin ən yaxşı komandasının adını açıqlayıb.

Sitat.info xəbər verir ki, Argentina millisi səsvermədə hamını qabaqlayıb. 113 ölkədən 420 jurnalistin iştirak etdiyi səsvermədə son dünya çempionu Argentina 1399 səs (37,01%) toplayaraq qalıb olub.

DÇ-2022-nin dörüncüsü olan Mərakeş millisi 381 səslə ikinci olub. Mundialın gümüş mükafatçısı Fransa yığması isə 252 səslə üçüncü yeri tutub.



Xəbər xətti