Vasif Talıbovun general oğlu məzuniyyətə göndərildi

13:35 31 Dekabr 2022

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun özü ilə yanaşı övladlarının da vəziyyəti ürəkaçan deyil.

Sitat.info-nun xəbərinə görə, Talıbovun Dövlət Miqrasiya Xidmətində baş idarə rəisi vəzifəsində çalışan oğlu Rza Talıbov məzuniyyətə göndərilib.

Bir neçə gün əvvəl məzuniyyətə göndərilən Rza Talıbovun geri qayıdıb-qayıtmaması isə dəqiq bilinmir.

Onun üç gün əvvəl Naxçıvana yola düşdüyü deyilir./Gununsesi.info



Xəbər xətti